Vahid Hasano adı ilə tanınan influenser növbəti dəfə yol-nəqliyyat hadisəsi ilə üzləşib.
Referans Media xəbər xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşdığı videoda məlumat verib.
V.Hasano bildirib ki, qəza avtomobilin sükanında yaranan nasazlıq səbəbindən baş verib. Rul svarkadan qopub və döndərə bilməyib.
Onun sözlərinə görə, avtomobil aşıb, lakin hadisə daha ağır nəticələrlə yekunlaşmayıb.
İkinci dəfə aşmaqdan maşının yan hissəsi qoruduğunu bildirib.
Qeyd edək ki, hadisə nəticəsində Vahid Hasano və avtomobildə olan şəxslər xəsarət almayıblar.
