3 rayon 16 gün qazsız qalacaq

Sabahdan etibarən 16 gün ərzində Samux, Şəmkir və Qazax rayonlarının bəzi qəsəbə və kəndlərinin qaz təchizatında müvəqqəti məhdudiyyətlər yaranacaq.

Referans Media  xəbər verir ki, avqustun 5-i saat 18:00-dan avqustun 20-də qədər işlər başa çatanadək Samux rayonunun Qaraağaclı və Qaraarx qəsəbələrinin, Yenikənd, Köbər, Qədili, Seyidlər, Sarıqamış kəndlərinin, Şəmkir rayonunun Kür və Səməd Vurğun qəsəbələrinin, Mahmudlu, Keçili, Yeniabad, Çaparlı, Bayramlı kəndlərinin, Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Qaymaqlı, Kəmərli, Aslanbəyli, Yuxarı Salahlı kəndlərinin qaz təchizatı dayandırılacaq./Yeni Sabah/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki