Çində məmurlar əcnəbilərlə evləndikləri üçün karyeralarını itirə bilərlər

Çində bəzi dövlət qulluqçuları xarici ölkə vətəndaşları ilə şəxsi münasibətlər qurduqları və ya evləndikləri halda karyeralarını riskə ata bilərlər.

Referans Media xəbər verir ki, CNN-in məlumatına görə, Çində polis əməkdaşları, hərbçilər, diplomatlar və dövlət sirrinə çıxışı olan şəxslərin əcnəbilərlə evlənməsinə məhdudiyyətlər tətbiq olunur.

Telekanalın yazdığına görə, xaricdə hava limanında əcnəbi vətəndaşla tanış olan çinli dövlət qulluqçusuna həmkarları onunla evlənmək qərarından imtina etməyi tövsiyə ediblər. Səbəb kimi nikahın onun karyerasına mənfi təsir göstərə biləcəyi göstərilib.
 

Məhdudiyyətlər ölkənin adi vətəndaşlarına şamil edilmir. CNN bu siyasətin korrupsiyaya qarşı mübarizə və milli təhlükəsizliyin qorunması tədbirləri çərçivəsində tətbiq edildiyini bildirir.


Məlumata görə, dövlət qulluqçuları şəxsi pasportlarını təhvil verməli, sənədləri yalnız əvvəlcədən razılaşdırılmış xarici səfərlər üçün ala bilirlər.

Dövlət sirrinə çıxışı olan məmurların xaricdə yaşayan qohumlarının olması da onların karyera yüksəlişinə maneə yarada bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki