Netflix India 1999-cu ildə Kargil müharibəsi zamanı həyata keçirilən hava əməliyyatlarından bəhs edən “Operation Safed Sagar” adlı serialı təqdim edib.
Referans Media xəbər verir ki, 24 milyon dollar büdcəsi olan layihə Netflix India-nın ən böyük yerli istehsalıdır.
Serial Hindistan Hərbi Hava Qüvvələrinin Kargil müharibəsi zamanı keçirdiyi hava kampaniyasını ekranlaşdırır. Layihənin hazırlanmasında 1 200 vizual effektlər (VFX) mütəxəssisi iştirak edib.
Serialdakı döyüş təyyarələrinin dağlıq ərazilərdəki uçuş səhnələri isə sosial şəbəkələrdə diqqət çəkib.
Bəzi kadrlarda təyyarələrin dağ vadiləri arasında kəskin manevrlərlə hərəkət etməsi “Forsaj” filmindəki avtomobil səhnələri ilə müqayisə olunur.
