image-cinden-orta-doguda-baris-ve-istikrar-icin-4-19747416_8649_ampbackend

Çindən Yaxın Şərq üçün 4 maddəlik sülh planı: Si Szinpin çağırış etdi

Çin Yaxın Şərqdə artan gərginlik fonunda regionda sülh və sabitliyin təmin olunması üçün yeni diplomatik təşəbbüslə çıxış edib. Çin Dövlət Başçısı Si Szinpin, Abu Dabi Vəliəhdi Məhəmməd bin Zayed ilə keçirdiyi görüşdə bu istiqamətdə 4 maddəlik plan təqdim edib.

Referans Media xəbər verir ki,  Si Szinpin çıxışında Yaxın Şərqdə uzunmüddətli sabitliyin yalnız dialoq və beynəlxalq hüquq çərçivəsində mümkün olduğunu bildirib. O, xüsusilə “sülh içində birgə yaşama”, “milli suverenliyə hörmət” və “beynəlxalq hüququn qorunması” prinsiplərinin əsas götürülməsinin vacibliyini vurğulayıb.

Çin lideri Körfəz ölkələrinin təhlükəsizliyi və ərazi bütövlüyünün qorunmasının regiondakı sabitlik üçün həlledici rol oynadığını qeyd edib. Onun sözlərinə görə, iqtisadi inkişaf və təhlükəsizlik siyasətləri paralel şəkildə irəliləməli, qarşılıqlı etimad gücləndirilməlidir.

Pekin rəhbərliyinin bu təşəbbüsü, Yaxın Şərqdə davam edən siyasi və hərbi gərginliklər fonunda beynəlxalq ictimaiyyətin diqqətini çəkib. Çin tərəfi dialoqun gücləndirilməsi və böhranların diplomatik yollarla həll olunması çağırışını bir daha təkrarlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki