Deputat istefa verdi: yeni təyinatlar oldu – Siyahı

  Xəbər verdiyimiz kimi, ötən gün Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər. 

Referans.az xəbər verir ki, Qurumdan Globalinfo.az-a verilən məlumata görə, Dünya Alpaqut Federasiyasının İdarə Heyəti, Federasiyanın idarə etmə sisteminin daha da təkmilləşdirilməsi məqsədilə növbədənkənar qurultay keçirmək qərarına gəlib. Bu qərar federasiyanın strateji inkişafını dəstəkləmək və Alpaqut təsisatı çərçivəsində fəaliyyətlərin daha səmərəli həyata keçirilməsini təmin etmək üçün atılan mühüm bir addımdır.

Növbəti qurultaya qədər Dünya Alpaqut Federasiyasının Prezidenti vəzifələrini Emil Rəhimov icra edəcək.

Yeni İcra Komitəsi aşağıdakı şəxslərdən ibarətdir:

Emil Rəhimov – Prezident (növbəti qurultaya qədər prezident səlahiyyətlərini icraçısı)Nuran Huseynov – Vitse-Prezident (İctimai Əlaqələr)Tural Abasguliyev – Araşdırma və İnkişaf Vitse-PrezidentiQüdrət Nuriyev – Maliyyə Departamentinin RəhbəriYunus Arabaçı – Texniki DirektorHasan Çağlar – PR və Marketinq Departamentinin RəhbəriQabil Hüseynov – İdman Departamentinin RəhbəriRafiq Qasımov – Hakimlər Komitəsinin SədriBetül Altıntaş – Nizam İntizam Komitəsinin SədriMustafa Gasim Kazem – Nizam İntizam Şöbəsinin MüaviniMarina Belyaeva – Ayça Sistemi üzrə KoordinatorMarijus Tumas – Batur Sistemi üzrə KoordinatorSerdar Aksu – Caymaz Sistemi üzrə KoordinatorAmanjol Tuberov – Gurshag Sistemi üzrə KoordinatorBülent Büyük – Kachut Sistemi üzrə KoordinatorNaim Belgin – Avropa Qitəsi üzrə NümayəndəAbdel Ghaffar Abdelbari – Afrika Qitəsi üzrə Rəsmi NümayəndəAziz Jurabayev – Asiya Qitəsi üzrə Rəsmi NümayəndəDr. Saad Maan – Ərəb Ölkələri üzrə Rəsmi NümayəndəAmmar Ali Husseyn – Ərəb Ölkələri üzrə DanışmanQərarı Təsdiq etdi:

İdarə heyətinin üzvləri:

– Vasif Namazov

– Fərid Əlizadə

 – Emil Rəhimov

– Tural Abasquliyev

– Rafiq Qasımov

– Qüdrət Nuriyev

– Qabil Hüseynov

Növbəti qurultayın vaxtı yaxın günlərdə elan ediləcəkdir.

Dünya Alpaqut Federasiyası, Alpaqutun beynəlxalq aləmdə tanıdılması və inkişaf etdirilməsi məqsədini güdür. Məqsəd, Alqagutun müasir dövrdəki yerini daha da möhkəmlətmək üçün əzmkar bir iş aparmağa hesablanıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki