image-1767530717_daxili-isler-nazirliyi-1backend

DİN əməliyyat keçirib: Şadman Zamanlı həbs EDİLDİ

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

 Bu barədə Referans Media-ya  DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı 32 yaşlı Şadman Zamanlı şübhəli şəxs qismində saxlanılıb. Ondan 9 kiloqram 955 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.

 Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki