image-teyyarebackend

Bakıdan Naxçıvana uçan təyyarə Ermənistan üzərindən keçdi

Azərbaycanın yük aviadaşıyıcısı olan “Silk Way” aviaşirkətinə məxsus təyyarələrin Ermənistanın hava məkanından istifadə etdiyi məlum olub.

Referans Media xəbər verir ki, bu barədə Ermənistanın “Sputnik Armeniya” nəşri məlumat yayıb.

Məlumata görə, daşıyıcıya məxsus İl-76TD tipli yük təyyarələrindən birinin marşrutu “Flightradar24” aviaservisində qeydə alınıb.

Bildirilir ki, təyyarə əvvəlcə Bakıdan Naxçıvana Gürcüstan və Türkiyə üzərindən uçub, daha sonra isə Naxçıvandan Bakıya qayıdarkən Ermənistanın hava məkanından keçib. Nəşr uçuş marşrutunun skrinşotunu da yayımlayıb.

Məlumat Ermənistanın “Armaeronaviqatsiya” qurumu tərəfindən də təsdiqlənib. Qurumdan bildirilib ki, bu cür uçuşlar ilk dəfə deyil və oxşar hallar 2025-ci ildə də, əsasən “mürəkkəb meteoroloji şərait” səbəbindən baş verib.

Qeyd olunur ki, “Silk Way” aviaşirkəti uzun müddətdir Azərbaycan üçün daşımalarda, eləcə də Bakı–Naxçıvan istiqamətində xüsusi təyinatlı reyslərdə istifadə olunur./Musavat.com 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki