Azərbaycanda işsizlər arasında kişilərin faizi qadınlardan daha yüksəkdir.
Referans xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, işsiz şəxslərin 48,9 faizini qadınlar təşkil edir. Geri qalan hissə isə kişilərin payına düşür.
İnsan resursları üzrə mütəxəssis Sevil Həsənovanın sözlərinə görə, əsas səbəb kişilərin daha çox qeyri-rəsmi əmək bazarında fəaliyyət göstərməsidir. Digər səbəb isə qadın namizədlərin xidmət, təhsil, sosial iş, müştərilərlə əlaqə sahələrinə daha uyğun olmalıdır. Çünki xanımlar daha nəzakətli, gülərüzdürlər və müştərilərlə xoş davranırlar.
Daha ətraflı süjetdə: