Direktoru işdən çıxan tibb mərkəzində mühüm dəyişiklik

Sumqayıt Tibb Mərkəzinin Sığorta təşkilatı və innovasiyalar departamentinə rəhbər təyin edilib.

Referans Media  xəbər verir ki, vəzifə Pərviz Avazlıya həvalə olunub.

Qeyd edək ki, P.Avazlı Mərkəzdə 2022-ci ildən çalışır. Belə ki, o, 2022-ci ildə qurumda sığorta mütəxəssisi, 2022-2024-cü illərdə Tibbi sığorta şöbəsinin müdiri, Sığorta təşkilatı və innovasiyalar departamentinin direktor müavini, 2025-2026-cı illərdə isə, Sığorta təşkilatı və innovasiyalar departamentinin icraçı rəhbəri vəzifələrində çalışıb.

Məlumat üçün deyək ki, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov ötən günlərdə vəzifəsindən azad edilib. E.Azadxanov 2022-ci ildən Mərkəzin direktoru idi./Plat.az/ Direktoru işdən çıxan tibb mərkəzində mühüm dəyişiklik - 1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki