Körpü ağ örtüyə büründü: Səbəbi hamını təəccübləndirdi - VİDEO

Türkiyənin Sakarya çayında nadir təbiət hadisəsi baş verib. Uzun müddət su altında yaşayan minlərlə milçək yetkinlik mərhələsini tamamladıqdan sonra cütləşmək üçün sudan çıxıb və qısa müddət sonra həyat dövrünü başa vuraraq tələf olub.

Referans Media xəbər verir ki, təbiətdə “ölüm uçuşu” kimi tanınan bu hadisə Adapazarı rayonundakı tarixi Sakarya körpüsündə qeyri-adi görüntülər yaradıb.

Minlərlə həşərat körpünü ağ rəngə boyadı

Ömrünün təxminən 99 faizini sürfə halında suda keçirən milçəklər 1-3 il davam edən inkişaf mərhələsindən sonra eyni vaxtda çaydan çıxıb. Cütləşmək üçün havaya qalxan minlərlə həşərat körpünün üzərindəki işıq dirəklərinin ətrafında toplaşıb. İşığa yönələn milçəklər havada cütləşmə prosesini tamamladıqdan sonra həyatlarını başa vurublar.

Körpüdə qar mənzərəsini xatırladan görüntü

Tələf olan həşəratların ard-arda asfaltın üzərinə düşməsi nəticəsində Sakarya körpüsü və ətraf ərazi sanki qarla örtülmüş kimi ağ rəngə bürünüb. Nadir təbiət hadisəsini görən bəzi sakinlər körpüyə gələrək yaranan qeyri-adi mənzərəni izləyiblər.

Mütəxəssislər bildirirlər ki, milçəklərin bu kütləvi uçuşu onların qısa, lakin təbii həyat dövrünün mühüm mərhələlərindən biridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki