Fransa Mərakeşdən İspaniyanın Seuta (Ceuta) şəhərinə qeyri-qanuni miqrant axınının artması fonunda İspaniya ilə sərhəddə nəzarəti gücləndirmək qərarına gəlib.
Fransanın daxili işlər naziri Loran Nunez bildirib ki, vəziyyətlə əlaqədar İspaniya sərhədində nəzarətin təcili şəkildə gücləndirilməsi və sürətli sərhəd müdaxilə qüvvələrinin nəzarət məntəqələrinə cəlb olunması barədə göstəriş verilib.
Qeyd edək ki, son günlər Mərakeş sahillərindən İspaniyanın Şimali Afrikadakı Seuta şəhərinə keçməyə çalışan yüzlərlə qeyri-qanuni miqranta müdaxilə edilib.
İspaniya hökuməti miqrasiya təzyiqinin artması səbəbindən bölgəyə silahlı qüvvələr yerləşdirib. Rəsmi məlumata görə, son 24 saat ərzində Seutaya üzərək və ya piyada daxil olanların sayının 49 mini keçdiyi ehtimal olunur.
