image-fiba-logo-1-768x510backend

Dünya kubokunu qəbul edəcək ölkələr açıqlandı

Beynəlxalq Basketbol Federasiyası (FIBA) 2031-ci il kişi basketbol üzrə Dünya Kubokunun final mərhələsinin Fransada keçiriləcəyini müəyyənləşdirib.

Referans Media xəbər verir ki, turnir 29 avqust – 14 sentyabr 2031-ci il tarixlərində baş tutacaq. Oyunlar Lill, Lion və Paris şəhərlərində keçiriləcək. Həlledici qarşılaşmaların isə paytaxtda təşkili planlaşdırılır.

Qadınlar arasında 2030-cu il Dünya Kuboku isə Tokio şəhərində keçiriləcək.

Növbəti kişi dünya çempionatı 2027-ci ilin avqust–sentyabr aylarında Qətərdə baş tutacaq. Qadınlar arasında mundial isə 2026-cı ilin sentyabrında Berlində keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki