İran Silahlı Qüvvələri son günlər Birləşmiş Ərəb Əmirliklərinə qarşı hər hansı raket və ya pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirmədiklərini açıqlayıb.
Referans Media xəbər verir ki, İran tərəfi bildirib ki, BƏƏ Müdafiə Nazirliyinin yaydığı məlumatlar reallığı əks etdirmir. Rəsmi açıqlamada vurğulanıb: "Son günlər heç bir hərbi əməliyyat keçirilməyib. Əgər belə bir hücum olsaydı, bu açıq şəkildə elan edilərdi"
Daha əvvəl BƏƏ tərəfi neft obyektlərinə və tankerə hücum edildiyini, hava hücumundan müdafiə sistemlərinin çoxsaylı raket və PUA-ları zərərsizləşdirdiyini bildirmişdi. Hətta Füceyra bölgəsində yanğın baş verdiyi və yaralıların olduğu açıqlanmışdı.
İran rəsmiləri əlavə edib ki, əgər BƏƏ ərazisindən onlara qarşı hər hansı hücum olarsa, buna sərt və qəti cavab veriləcək. Hadisə ilə bağlı bəzi ehtimallar da gündəmə gəlib.
İddialar arasında hücumların başqa qüvvələr tərəfindən təşkil edilməsivə regionda gərginliyi artırmağa yönəlmiş provokasiya ssenariləri yer alır.
