"Dünyanı qorumaq üçün Aya yerləşməliyik" - Bezos Qadağan olundu

“Amazon”un qurucusu və "Blue Origin"in İdarə Heyətinin sədri Jeff Bezos Parisdə keçirilən "VivaTech 2026" texnologiya sərgisində diqqətçəkən açıqlamalarla çıxış edib.

Referans Media  xəbər verir ki, məşhur milyarder dünyanı qorumağın yeganə yolunun ağır sənayeni kosmosa daşımaq olduğunu vurğulayıb.

Bezos, kosmosun koloniyalaşdırılması prosesində Ayın Marsdan daha kritik və prioritet bir dayanacaq olduğunu bildirib.

Ayın dünyaya yaxın məsafədə yerləşməsinin və hər an əlçatan olmasının böyük logistik üstünlük təmin etdiyini qeyd edən iş adamı önəmli bir müqayisə də aparıb:

"Ay səthindəki materialları kosmosa fırlatmaq, dünyadan fırlatmaqla müqayisədə 28 dəfə az enerji tələb edir. Bu vəziyyət Ayı dərin kosmos missiyaları üçün çox mühüm resurs və tədarük mərkəzinə çevirəcək".

Gələcəkdə milyonlarla insanın orbitdəki nəhəng kosmik stansiyalarda yaşaya və işləyə biləcəyini qeyd edən Bezos, Aydakı su buzunun raket yanacağına çevriləcəyini qeyd edib. O, həmçinin milyardlarla ildir meteorit yağışına məruz qalan Ay səthinin kosmik infrastruktur qurmaq üçün lazım olan bütün mineralları özündə saxladığını bildirib./sfera.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki