Argentinalı televiziya aparıcısı Florensiya Pena canlı yayımda səhvən Lionel Messinin atası Xorxe Messinin vəfat etdiyini bildirib.
Referans Media xəbər verir ki, bu barədə “Sun” qəzeti məlumat yayıb.
Məlumata görə, aparıcı bu açıqlamanı Messinin het-trik etdiyi, Argentinanın Əlcəzairi 3-0 hesabı ilə məğlub etdiyi oyundan sonra verib:
“Pis xəbər vermək istəmirəm, amma Messinin atası yenicə vəfat edib”.
Bu iddia Messinin ailəsi tərəfindən təkzib edilib və onlar 68 yaşlı Xorxe Messinin sağ olduğunu və tibbi nəzarət altında sağaldığını təsdiqləyiblər.
Bu hadisədən dərhal sonra Pena üzr istəyərək istefa verib.
