İsrail–Livan xəttində vəziyyət kəskinləşdi: Qarşılıqlı açıqlamalar diqqət çəkdi

Yaxın Şərqdə gərginlik yenidən yüksəlib. İsrail–Livan xəttində davam edən qarşıdurmalar fonunda tərəflər arasında qarşılıqlı hücumlar və sərt siyasi açıqlamalar diqqət çəkib.

Referans Media xəbər verir ki, Livan ərazisinə endirilən zərbələr nəticəsində ölən və yaralananların olduğu bildirilir. Ardınca Hizbullah tərəfindən həyata keçirildiyi iddia edilən PUA hücumunda 4 İsrail hərbçisi həyatını itirib, bir neçə nəfər yaralanıb.

Hadisədən sonra İsrail hökumətindən sərt reaksiyalar gəlib. İtamar Ben-Qvir açıqlamasında Livana qarşı daha sərt mövqe nümayiş etdirib. Eyni zamanda Bezalel Smotrich də əməliyyatların genişləndirilməsi ilə bağlı sərt ritorika ilə çıxış edib.

Bölgədə diplomatik proseslərə də təsir edən hadisələr fonunda İran tərəfi planlaşdırılan bəzi siyasi təmasların dayandırıldığını açıqlayıb. Analitiklər hesab edir ki, qarşılıqlı hücumların davam etməsi regional sabitlik üçün əlavə risklər yarada bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki