Demensiya riskini 57 faiz azaldan amil açıqlanıb.
Referans Media xəbər verir ki, ümumi praktik həkim Amir Xan beyin sağlamlığını qorumağın gözlənilməz üsulundan danışıb. Bu barədə "Daily Mirror" nəşri məlumat yayıb.
Həkimin sözlərinə görə, demensiyanın profilaktikası adətən zehni məşqlər, kitab oxumaq və müxtəlif məntiq tapşırıqlarının həlli ilə əlaqələndirilir. Lakin son araşdırmalar göstərir ki, insanın fiziki forması da beyin sağlamlığının qorunmasında ən azı zehni fəaliyyət qədər mühüm rol oynayır.
"Britaniya Biobankının məlumatları göstərib ki, əl sıxma gücü yüksək olan, yaxşı yatan və gün ərzində daha az oturaq həyat tərzi keçirən insanlarda demensiyanın inkişaf riski daha az sağlam həyat tərzi keçirənlərlə müqayisədə 57 faiz aşağı olub", – deyə Amir Xan bildirib.
O vurğulayıb ki, aktiv həyat tərzinə başlamaq üçün heç vaxt gec deyil və bu, həm fiziki, həm də zehni sağlamlıq üçün faydalıdır.
"Hər çömbəlmə hərəkəti, hər elastik lent məşqi, qalxdığınız hər pilləkən və daşıdığınız hər alış-veriş çantası təkcə bədəninizə deyil, bəlkə də beyninizə qoyulan sərmayədir", – deyə həkim qeyd edib.
Onun sözlərinə görə, beyin zədələndikdə insan ayrı-ayrı detalları deyil, bütöv hadisələri, söhbətləri və əvvəllər etdiyi adi hərəkətləri unudur.