Belarusun İkinci Liqasında oyunun ən yaxşı futbolçusuna növbəti dəfə qeyri-adi mükafat verilib.Referans xəbər verir ki, “Torpedo-BelAZ”ın ehtiyat komandasının müdafiəçisi “Sputnik”ə qarşı matçda ən yaxşı oyunçu seçilib.
O, bunun üçün doqquz kiloqram yuyucu toz alıb.
Daha əvvəl Belarusda oyunun ən yaxşı futbolçularına göbələk, şaurma almaq üçün kupon hədiyyə edilmişdi.
