Əbülfəs Qarayev 69 yaşını Londonda qeyd etdi

  Noyabrın 13-də sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin 69 yaşını Bakıda dəbdəbəli ad günü məclisi ilə qeyd etməsi barədə məlumatlar yayılıb.

Referans.az  xəbər verir ki , Manset.az yayılan xəbərlə bağlı Əbülfəs Qarayevlə əlaqə saxlayıb. Keçmiş nazir iddiaları təkzib edərək hazırda ölkə xaricində olduğunu bildirib:

“Mən hazırda Azərbaycanda deyiləm. Bir həftədir Londondayam. Burada mühazirəm olacaq, ona görə də İngiltərəyə gəlmişəm. Burada indi saat 6-dır, indi yuxudan oyanmışam.”

Qeyd edək ki, Əbülfəs Qarayev 2006–2020-ci illərdə Mədəniyyət Naziri vəzifəsində çalışıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki