Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Şəmkir və Göygöl Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində bir sıra 10 kV-luq hava xətlərində yenidənqurma işləri aparılacaq.
“Azərişıq” ASC-dən Referans Media-ya bildirilib ki, görüləcək işlərlə əlaqədar Şəmkirin Çinarlı kəndində saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.
Həmçinin Göygöl rayonu Əlimədədli və Nadil kəndlərində saat 14:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar./bizim.media/
