image-kim-yabanci-dizi-izleyenleri-idam-ediyor-19787651_4517_ampbackend

Edamlar ikiqat, hökmlər üçqat: yeni hesabat narahatlıq yaradır

Şimali Koreyada COVID-19 pandemiyası dövründə edamların kəskin şəkildə artdığı bildirilir. Yeni hesabatlara görə, xüsusilə xarici mədəniyyətin izlənilməsi və siyasi ittihamlarla bağlı ölüm hökmlərində ciddi artım qeydə alınıb.

Referans Media xəbər verir ki, Pxenyan rəhbərliyi pandemiyanın yayılmasının qarşısını almaq üçün 2020-ci ilin yanvarında sərhədləri bağlamışdı. Hüquq müdafiəçiləri bildirir ki, bu addım ölkədə mövcud insan hüquqları pozuntularını daha da ağırlaşdırıb.

Hesabata əsasən, sərhədlərin bağlanmasından sonra ötən təxminən beş il ərzində edamların sayı əvvəlki dövrlə müqayisədə iki dəfədən çox artıb. Eyni zamanda ölüm cəzasına məhkum edilənlərin sayı üç dəfədən çox yüksəlib.

Araşdırma yüzlərlə şimali koreyalı qaçqının ifadələrinə əsaslanır və ümumilikdə 144 edam və ölüm hökmü hadisəsi təhlil edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki