backend

Əfqanıstandan Tacikistana hücum: Ölənlər var

Xatlon bölgəsində Tacikistan sərhədçiləri ilə döyüşdə Əfqanıstandan olan üç silahlı terrorçu öldürülüb, iki sərhədçi isə həlak olub.

Referans Media  xəbər verir ki, bu barədə Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) mətbuat mərkəzi məlumat yayıb.

“Xatlon vilayətinin Şəmsiddin Şoxin rayonunda Tacikistan sərhədçiləri ilə baş verən toqquşma zamanı Əfqanıstandan olan üç silahlı terrorçu öldürülüb, iki sərhədçi isə həlak olub”, – deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, terrorçular dekabrın 24-ü səhər tezdən rayona daxil olublar və tezliklə sərhədçilər tərəfindən aşkar ediliblər.

Terrorçular sərhədçilərin təslim olmaq əmrinə tabe olmaqdan imtina ediblər və silahlı müqavimət göstəriblər.

Bildirilir ki, onlar Tacikistan sərhəd postlarından birinə silahlı hücum etmək niyyətində olublar. Toqquşma yerində üç M-16 tüfəngi, bir Kalaşnikov avtomatı, səsboğuculu üç tapança, 10 əl qumbarası, gecə görmə cihazı, partlayıcı maddələr və digər sursat müsadirə edilib.

Bu, son bir ayda Əfqanıstandan Tacikistana silahlı hücum, terror aktı və sərhədi keçmə ilə bağlı mülki şəxslərin və hərbçilərin ölümü ilə nəticələnən üçüncü hadisədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki