image-efvvvvbackend

Əfv gözləyənlərin NƏZƏRİNƏ! – TARİX AÇIQLANDI

May ayında Əfv Sərəncamının verilməsi gözlənilir. Həbsxanada olanlar və onların yaxınları əfv xəbəri ümidi ilə may ayını gözləyirlər. Artıq may ayının yarısını geridə qoymuşuq.

Hazırda əfv olunmaq üçün müraciət edənlərin hamısının müraciətinə baxılıb?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, komissiyanın iclaslarında müraciətlərə baxılır:

“Prezident yanında Əfv Məsələləri Komissiyası fevral ayının 12-dən bu günədək 6 iclas keçirib. Bu zamanadək 600-dən çox müraciətə baxılıb. İclasların heç bir limiti yoxdur. İclaslar daxil olan müraciətlərin baxılması tempinə uyğun olaraq həyata keçirilir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada daxil olmuş müraciətlərə baxılır və bütün rəylər cənab Prezidentə təqdim olunur. Prezident tərəfindən son qəti qərar verilir”.

Qeyd edək ki, bu gün komissiyanın növbəti iclası keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki