Elvin Məmmədzadə yeni vəzifəyə təyin olundu

Abşeron Rayon Mərkəzi Xəstəxanasının inzibati işlər üzrə sabiq direktor müavini Elvin Məmmədzadə yeni vəzifəyə təyin olunub.

Referans Media xəbər verir ki, müvafiq əmrlə o, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-də Büdcələşdirmə və hesabatlılıq üzrə rəhbər müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Məmmədzadə 2024-2026-cı illərdə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktorunun inzibati işlər üzrə direktor müavini vəzifəsində, 2020-2024-cü illərdə TƏBİB-də müxtəlif vəzifələrdə çalışıb./İqtisadiyyat.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki