ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edib.
Referans xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin X hesabında məlumat verilib.
“ABŞ-ın Müvəqqəti İşlər Vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad etdi və münaqişə nəticəsində yaxınlarını itirən azərbaycanlı ailələrə və dostlara başsağlığı verdi”, – məlumatda qeyd olunub.
CDA Amy Carlon paid her respects at the Alley of Martyrs. She extended her condolences to the Azerbaijani families and friends who lost loved ones due to conflict. pic.twitter.com/3XC5AQgIdN
— U.S. Embassy Baku (@USEmbassyBaku) July 30, 2025