Xəzərin suları altında qalan qədim Şəhri-Gürgan şəhərinin izlərinin araşdırılması istiqamətində aparılan sualtı tədqiqatlar zamanı yeni arxeoloji materiallar aşkarlanıb.
Referans Media xəbər verir ki, AZTV-nin hazırladığı eksklüziv reportaj zamanı arxeoloq və dalğıcların iştirakı ilə aparılan yeni qazıntı işləri lentə alınıb. Tədqiqatlar zamanı orta əsrlər dövrünə aid saxsı qab nümunələri və digər arxeoloji materiallar üzə çıxarılıb.
Şəhri-Gürganın yerləşdiyi ərazi digər tarixi abidələrlə də zəngindir. Burada XIX əsrə aid Abşeron mayakı, eləcə də 4–5 min illik tarixə malik kurqanlar yerləşir. Tədqiqatların davam etdirilməsi nəticəsində Xəzərin suları altında qalan qədim şəhərin tarixi və onun orta əsrlərdəki əhəmiyyəti ilə bağlı yeni izlərin üzə çıxarılması gözlənilir.
