Azərbaycanda NADİR HADİSƏ: uşaq ananın bətnində yox, qaraciyərindədir

Azərbaycanda döl hamilə qadının qaraciyərində inkişaf edib.

Referans Media  xəbər verir ki, qadının ultrasəs müayinəsinin görütüntülərini radioloq sosial şəbəkədə paylaşıb.

O bildirib ki, tibbdə belə hallar olduqca nadir olsa da, mümkündür. Bu zaman mayalanmış yumurta normal olaraq uşaqlığın daxilinə yerləşmək əvəzinə qarın boşluğunda, o cümlədən qaraciyərin səthində implantasiya edərək inkişaf etməyə başlayır.

Qaraciyər nahiyəsində ektopik hamiləlik ciddi və həyati təhlükə yaradan vəziyyət hesab olunur. Hamiləlik vaxtında aşkarlanıb sonlandırılmadıqda ananın ölümü baş verə bilər./Lent.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki