“Qarabağ” və “Dilbaz” atlarının qorunması və sayının artırılması məqsədilə onlara illik heyvan subsidiyası tətbiq ediləcək.
Referans Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Qeydiyyata alınmış milli at cinslərinə aid heyvanlar üçün subsidiyanın məbləği yaş və cinsdən asılı olaraq müəyyənləşdirilib. Belə ki, 2 yaşadək dayçalara 600 manat, 2 yaşdan yuxarı damazlıq dişi atlara 800 manat, damazlıq ayğırlara isə 1000 manat illik subsidiya veriləcək. Sezar pizza
Subsidiya almaq üçün heyvanların EKTİS-də qeydiyyata alınması, elektron çiplənməsi və valideyn mənsubiyyətinin DNT testi ilə təsdiqlənməsi əsas şərtlərdən olacaq.
