"Trabzonspor" baş məşqçisi Fatih Tekke, "Gençlerbirliyi" ilə keçirilən Ziraat Türkiyə Kuboku yarımfinal matçından sonra açıqlamalar verib.
Referans Media xəbər verir ki, Tekke komandasının oyunu və ümumi performansını dəyərləndirərək gərgin qarşılaşma olduğunu bildirib və gənc futbolçuların göstərdiyi mübarizəni xüsusi qeyd edib.
Matçın ardından Ozan Tufanın çıxışına toxunan təcrübəli məşqçi onun milli komandaya dəvət olunmasının vaxtının çatdığını bildirib:
“Düşünürəm ki, Ozan Tufanı artıq milli komandaya çağırarlar. O, oynadığı hər mövqedə çox yaxşı iş görür. Bu gün sol cinah müdafiəsində, sağ cinahda, yarımmüdafiədə, hətta hücumda da oynadı.”
Fatih Tekke həmçinin komandasının kuboka böyük motivasiya ilə hazırlaşdığını vurğulayıb. O, "Trabzonspor"un finala yüksəlməsini dəyərli hesab etdiyini, lakin qarşıda çətin bir oyunun olduğunu qeyd edib.
Tekke komandasının son illərdə final təcrübələrində uğursuzluq yaşadığını xatırladaraq, bu dəfə kuboku qazanmaq istədiklərini də əlavə edib.
