Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) qarşıdan gələn 2026-cı il Dünya Kuboku ilə bağlı azarkeş marağının gözlənilən səviyyədə olmamasından narahatdır.
Referans Media xəbər verir ki, bu barədə “The Touchline” sosial media saytı “X” hesabında məlumat yayıb. 2026-cı il Dünya Kuboku 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Məlumata görə, turnirin genişmiqyaslı olmasına baxmayaraq, azarkeş marağı hələlik təşkilatçıların gözləntilərini doğrultmur. Qeyd edək ki,
FIFA tərəfindən 155 dollara satışa çıxarılan biletlər vasitəçi platformalarda 1000 dollardan yuxarı qiymətə təklif olunur. Final oyunu üçün FIFA-nın 8680 dollara satdığı ən bahalı biletlərin isə üçüncü tərəf saytlarında 57 min dollara qədər yüksəldiyi bildirilir. Yüksək bilet qiymətləri azarkeşlər üçün əsas problemlərdən biri olaraq qalır.























