Fransa Ukraynaya təzminat krediti üçün özəl banklarda dondurulmuş vəsaitlərin istifadəsini rədd edib
“Referans MEDİA” bildirir ki, Financial Timesın (FT) mənbələrə istinadən yazdığına görə, Ukraynaya təzminat krediti ayrılmasını dəstəkləyən Fransa, Respublikanın özəl banklarında dondurulmuş Rusiya vəsaitlərinin bu mexanizmə daxil edilməsinə qarşı çıxıb.
Nəşrin məlumatına görə, özəl kredit təşkilatları Belçikanın Euroclear depozitarından fərqli olaraq başqa müqavilə öhdəliklərinə tabedir. Adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, Fransanın özəl bankları Rusiyaya məxsus aktivlərin Kiyevə ötürülməsi məsələsinə dair müzakirələrdə iştirak etmək istəmirlər.
