Boliviyada Braziliyanın “San-Paulu” futbol klubunun oyunçularını daşımaq üçün nəzərdə tutulan avtobusda 86 kiloqram narkotik maddə aşkarlanıb.
Referans Media xəbər verir ki, hadisə Cənubi Amerika Kubokunun 1/8 final mərhələsində yerli “Bolivar” klubuna qarşı keçiriləcək ilk oyundan əvvəl qeydə alınıb.
Braziliya klubunun rənglərinə boyanmış və “Buses Cosmos” şirkətindən icarəyə götürülmüş avtobus ölkənin mərkəzi hissəsində, koka istehsalı ilə tanınan ərazidə narkotiklərlə mübarizə polisi tərəfindən saxlanılıb.
Avtobusun salonunda qadağan olunmuş maddə ilə dolu 65 düzbucaqlı bağlama aşkar edilib.
Qaçaqmalçılıqda iştirakda şübhəli bilinən avtobusun 3 sürücüsü saxlanılıb. Futbol klubunun nümayəndə heyətinin hadisə ilə heç bir əlaqəsinin olmadığı bildirilib.
Futbolçulara dərhal başqa avtobus verilib və onlar La-Pasa çataraq oyunda iştirak edə biliblər./Lent.az/
