Müğənni Ajda Pekkan gənc qalmaq üçün Tailanddan 1 milyon 200 min TL dəyərində xüsusi “gənclik iksiri” gətirtdiyi barədə iddialara yumorla cavab verib.
Referans Media-ın xəbərinə əsasən, Pekkan bu xəbəri təkzib edərək, “Gənc qalmaq üçün Tailanddan 1 milyon 200 min TL-yə gənclik iksiri gətirtməmişəm. İlla bir iksir istəyirsinizsə, verim”, – deyə bildirib.
Müğənni gənc və enerjili görünməsinin sirrini isə sadə həyat tərzi ilə əlaqələndirib. O, erkən yatdığını və gün ərzində təxminən 8 saat yatdığını söyləyib. Pekkan səhərlər ilıq suya bir çay qaşığı bəkməz əlavə etdiyini, daha sonra isə az miqdarda limon sıxaraq içdiyini qeyd edib.
Beləliklə, Ajda Pekkanın açıqlamasına görə onun “gənclik sirri” – nizamlı yuxu, günə ilıq su ilə başlamaq və sadə səhər rutinidir. Sənətçinin illərdir qoruduğu fit və enerjili görünüşü isə yenidən gündəmə gəlib
