Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb
Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü A.Quliyev, 1982-ci il təvəllüdlü V.Məmmədov, 1988-ci il təvəllüdlü M.Məmmədova və 2012-ci il təvəllüdlü A.Məmmədli xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir./Ajans.az/
