Türkiyə Ermənistanla sərhədi açsa, Azərbaycan nə qazanacaq, nə itirəcək? – General danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın marşrut çərçivəsində dəmir yolu ilə sərnişin daşımalarının da həyata keçiriləcəyini açıqlayıb. Bununla da layihənin iqtisadi və strateji əhəmiyyətini yenidən gündəmə gətirib.

Mütəxəssislər bildirir ki, bu marşrutun reallaşması Mərkəzi Asiya və Rusiyadan Türkiyəyə, oradan isə Avropaya uzanan nəqliyyat əlaqələrinin genişlənməsinə, sərnişin və yük daşımalarının artmasına, regional ticarətin canlanmasına şərait yarada bilər. Bununla yanaşı, yeni nəqliyyat xəttinin Azərbaycanın tranzit potensialına, Orta Dəhlizin rəqabət qabiliyyətinə və ölkəmizin regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqeyinə necə təsir göstərəcəyi mühüm suallar doğurur.

Picture background

Referans Media xəbər verir ki, mövzu ilə bağlı Türkiyənin ehtiyatda olan briqada generalı, təhlükəsizlik və strategiya üzrə ekspert Yücel Karauz Musavat.com-a danışıb. Onun sözlərinə görə, Türkiyə–Ermənistan sərhədinin açılması Cənubi Qafqazda təhlükəsizlik, siyasi etimad və iqtisadi əməkdaşlıq mühitini birbaşa təsirləndirəcək strateji qərardır: "Buna görə məsələyə Azərbaycan–Ermənistan sülh prosesindən ayrı baxmaq düzgün olmaz. Mənim qənaətimcə, Ankara yekun qərarını Bakı ilə koordinasiya şəraitində, Azərbaycanla müttəfiqliyini və bütün regionda davamlı sülhün təmin olunmasını nəzərə alaraq verəcək".

Yücel Karauz vurğulayıb ki, Ararat Mirzoyanın Varşava Təhlükəsizlik Forumunda sərhədin gözlənilmədən açıla biləcəyinə dair açıqlaması İrəvanın normallaşma prosesinə verdiyi siyasi mesaj kimi qiymətləndirilməlidir: "Ermənistanın xarici işlər naziri prosesin xeyli irəlilədiyini desə də, konkret açılış tarixi və ya qəbul edilmiş birgə qərar açıqlamayıb. Deməli, bu bəyanat sərhədin açılmasına dair yekun razılaşmanın elan edilməsi mənasına gəlmir. Burada əsas məsələ atılacaq addımların ardıcıllığıdır. Ermənistan hökumətinin sülh sazişinin imzalanması və ratifikasiyası üçün 2031-ci ilədək uzanan zaman çərçivəsindən danışması diqqətlə qiymətləndirilməlidir. Bu açıqlama özlüyündə sazişin mütləq həmin tarixədək gecikdiriləcəyini sübut etmir. Lakin fikrimcə, belə geniş zaman üfüqü prosesin mərhələlərə bölünərək uzadılması riskini yaradır. Sülhün siyasi və iqtisadi üstünlüklərindən indidən faydalanıb, onu hüquqi cəhətdən möhkəmləndirən addımları illər sonraya saxlamaq regionda qeyri-müəyyənliyi davam etdirə bilər".

Generalın sözlərinə görə Türkiyə ilə sərhədin bağlı qalması Ermənistanı Azərbaycanla münasibətlərini tam normallaşdırmağa sövq edən mühüm amillərdən biridir: "Sülh müqaviləsi imzalanmadan sərhəd tam açılsa, İrəvan mühüm iqtisadi və siyasi üstünlük əldə edəcək. Belə vəziyyətdə sazişi yaxın müddətdə imzalamağın Ermənistan üçün təcililiyi azala bilər. Mənim narahatlığım budur ki, lazımi siyasi öhdəliklər təmin edilmədən veriləcək bu üstünlük sülh prosesini sürətləndirmək əvəzinə, onun 2031-ci ildən sonraya da uzanmasına şərait yarada bilər. Bu, mümkün risk ssenarisidir və qərar verilərkən nəzərə alınmalıdır.Vaşinqtonda əldə edilmiş razılaşmalar da unudulmamalıdır. 8 avqust 2025-ci il tarixli birgə bəyannamədə sülh sazişinin razılaşdırılmış mətninin paraflanması təsbit olunur, onun imzalanması və ratifikasiyası üçün əlavə addımların zəruriliyi vurğulanır. Paraflanmış mətn mühüm siyasi nailiyyətdir. Həmin nailiyyətin davamlı dövlətlərarası münasibətlərə çevrilməsi üçün qalan mərhələlər tamamlanmalıdır. Fikrimcə, Ermənistan bu istiqamətdə konkret və vaxtında addımlar atmalıdır".

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın marşrut çərçivəsində dəmir yolu ilə sərnişin daşımalarının da həyata keçiriləcəyini açıqlayıb. Bununla da layihənin iqtisadi və strateji əhəmiyyətini yenidən gündəmə gətirib.

Mütəxəssislər bildirir ki, bu marşrutun reallaşması Mərkəzi Asiya və Rusiyadan Türkiyəyə, oradan isə Avropaya uzanan nəqliyyat əlaqələrinin genişlənməsinə, sərnişin və yük daşımalarının artmasına, regional ticarətin canlanmasına şərait yarada bilər. Bununla yanaşı, yeni nəqliyyat xəttinin Azərbaycanın tranzit potensialına, Orta Dəhlizin rəqabət qabiliyyətinə və ölkəmizin regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqeyinə necə təsir göstərəcəyi mühüm suallar doğurur.

Picture background

Müsahibimiz qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında aparılan texniki və inzibati hazırlıqların da mənası düzgün anlaşılmalıdır: "Türkiyə Xarici İşlər Nazirliyi sərhədin açılması üçün texniki və bürokratik işlərin davam etdiyini açıqlayıb. Sərhəd-keçid infrastrukturunun, gömrük prosedurlarının və digər mexanizmlərin hazırlanması gələcək siyasi qərarın həyata keçirilməsini asanlaşdırır. Lakin hazırlığın tamamlanması sərhədin dərhal açılması barədə siyasi qərarın qəbul edildiyi anlamına gəlmir. Türkiyə suveren qərarını verərkən bu addımın geniş regional nəticələrini də hesablamalıdır. Sərhədin açılması Ermənistanın Türkiyə üzərindən yeni bazarlara çıxışını genişləndirə, Avropa ilə iqtisadi əlaqələrini gücləndirə, Rusiyadan asılılığını müəyyən sahələrdə azalda bilər. İranın tranzit mövqeyi və ABŞ-nin regional bağlantılara dair təşəbbüsləri də yeni şəraitdən təsirlənə bilər. Bununla belə, həmin aktorların maraqları qərarın onlar tərəfindən müəyyənləşdirilməsi demək deyil, söhbət nəticələri çoxsaylı tərəflərə yayılan bir prosesdən gedir".

Picture background

Türkiyəli generalın fikrincə, Azərbaycanla kifayət qədər koordinasiya edilmədən atılacaq addım Bakı–Ankara münasibətlərində etimadla bağlı suallar yarada və müttəfiqlər arasında fikir ayrılığı görüntüsündən faydalanmaq istəyən dairələrə imkan verə bilər: "Əksinə, qarşılıqlı razılaşdırılmış, sülh prosesində konkret irəliləyişlə əlaqələndirilmiş mərhələli addımlar həm Ermənistanın normallaşmaya marağını qoruyar, həm də regional əməkdaşlığı gücləndirər. Mən Türkiyənin Ermənistanla münasibətlərini Azərbaycanla qardaşlıq və müttəfiqlik əlaqələri, Cənubi Qafqazın təhlükəsizliyi və ortaq iqtisadi inkişaf perspektivi daxilində qiymətləndirəcəyinə inanıram. Sərhədin açılması davamlı sülhü təşviq etməli, götürülmüş öhdəliklərin yerinə yetirilməsini sürətləndirməlidir. Ankara ilə Bakının koordinasiyası bu prosesin ən mühüm siyasi təminatıdır. Məqsəd bütün region xalqlarının təhlükəsizlik, sabitlik və rifah içərisində yaşayacağı, hüquqi əsasları möhkəm olan sülh mühitinin yaradılmasıdır".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki