Liposaksiya əməliyyatı faciə ilə bitdi: 46 yaşlı qadın öldü

Türkiyənin İstanbul şəhərində 46 yaşlı Tuğba Onur liposaksiya əməliyyatı zamanı həyatını itirib.

Referans Media  Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadının həyat yoldaşı Murat Onur əməliyyat zamanı yanlış müdaxilə edildiyini iddia edərək xəstəxanadan və məsul şəxslərdən şikayətçi olub.

Onun sözlərinə görə, həkim əməliyyatdan əvvəl həyat yoldaşını müayinə etməyib. Əməliyyatdan təxminən bir saat sonra qadının ürəyinin dayandığı bildirilib, lakin onu xilas etmək mümkün olmayıb.

Murat Onur həyat yoldaşının heç bir sağlamlıq probleminin olmadığını deyərək hadisənin araşdırılmasını və məsul şəxslərin müəyyənləşdirilməsini tələb edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki