Gözəllik məhsulu qalmaqala səbəb oldu: Milyonlarla insan təhlükədədir?

Son illərdə dünyada geniş istifadə olunan kosmetika markalarından biri olan CeraVe, ABŞ-da ciddi iddialarla gündəmə gəlib. İddialara görə, markanın bəzi sızanaqlar üçün istifadə olunan  məhsullarında maddələrin müəyyən şərtlərdə sağlamlıq üçün risk yarada biləcəyi irəli sürülür.

Referans Media xəbər verir ki, məsələnin mərkəzində “benzoil peroksit” adlı aktiv tərkib dayanır. Bəzi iddialara əsasən, bu maddə yüksək temperatur və müəyyən şəraitdə parçalanaraq “benzol” adlı potensial zərərli birləşməyə çevrilə bilər.

Bu iddialar "Valisure" adlı müstəqil laboratoriyanın 2024-cü ildə yayımladığı hesabatdan sonra gündəmə gəlib. Hesabatda benzoil peroksit tərkibli bəzi məhsulların müəyyən temperatur şəraitində benzol əmələ gətirə biləcəyi iddia olunub. Lakin bu nəticələr elmi və hüquqi müstəvidə mübahisəli olaraq qalır.

ABŞ-da müxtəlif ştatlardan olan istehlakçılar şirkətə qarşı toplu məhkəmə iddiaları qaldırıb. Davalar bir neçə fərqli ştatda başlanıb və daha sonra federal məhkəmə prosesində birləşdirilərək Nyu-York Məhkəməsinə yönləndirilib.

Hazırda məhkəmə prosesi davam edir və hələlik "CeraVe" və ya ana şirkət "L’Oréal" barədə yekun və qəti hüquqi qərar verilməyib.

Mütəxəssislər isə bildirir ki, iddialar araşdırma mərhələsindədir və nəticələr yalnız məhkəmə prosesinin yekunlaşmasından sonra dəqiqləşəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki