Yunanıstanda Saloniki yaxınlığında baş verən meşə yanğınında ölənlərin sayı 2-yə çatıb

Yunanıstanın Saloniki şəhəri yaxınlığındakı Derveni bölgəsində dünən baş verən meşə yanğını nəticəsində həyatını itirənlərin sayı 2-yə yüksəlib.

Yunanıstan Dövlət Televiziyası ERT-nin yaydığı məlumata görə, dünən meşədə tapılan naməlum şəxsin cəsədinin aşkar edildiyi əraziyə yaxın yerləşən evdə 12 yaşlı uşağın da meyiti tapılıb.

Yanğından yaralı halda xilas olmağı bacaran qadın yanğınsöndürənlərə həyat yoldaşını və övladını evdə qoyaraq qaçmağa məcbur olduğunu bildirib.

Hadisə yerinə baxış keçirən müvafiq qurumlar evin tamamilə yanaraq yararsız vəziyyətə düşdüyünü müəyyən ediblər.

Qeyd edək ki, Yunanıstanın Yanğınsöndürmə Xidməti ötən gün Saloniki vilayətinin Oraiokastro rayonuna bağlı Derveni bölgəsində meşə yanğınının baş verdiyini və meşəlik ərazidə kimliyi hələlik müəyyən edilməyən bir kişinin meyitinin aşkarlandığını açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki