Türkiyə bu gəmilər üçün tranzit haqqını artırır

Türkiyə 1 iyuldan etibarən Bosfor və Dardanel boğazlarından keçən beynəlxalq gəmilər üçün tranzit haqlarını təxminən 15% artıracaq.
 
Referans Media xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi qərar qəbul edib. Tarif 1 ton üçün 5,83 dollardan 6,7 dollara qədər artacaq. Hesablama gəminin xalis tonnajına əsaslanacaq. Bu tarif 30 iyun 2027-ci il tarixinədək qüvvədə olacaq.

Nazirliyin məlumatına görə, 2024-cü ilin iyul ayı ilə 2025-ci ilin iyun ayı arasında gəmi tranzitindən əldə edilən gəlir 223 milyon dollar təşkil edib. Bu rəqəmin cari ilin iyun ayında bitən hesabat ilində 254 milyon dollara çatacağı gözlənilir.


Xatırladaq ki, 2025-ci ildə Bosfor və Dardanel boğazlarından 40,17 mindən çox gəmi keçib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki