Yalovada evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən müğənni Güllünün müəmmalı ölümü ilə bağlı istintaq dərinləşir. Son hadisələr müğənninin qızı Tuğyan Ülkem Gülter və yaxın dostu Sultan Ulu arasında səs yazılarının iş materiallarına daxil edilməsinə səbəb olub. Səs yazılarında xaricə qaçmaq planı ilə bağlı təəccüblü ifadələr yer alıb.
Referans Media xəbər verir ki, 26 sentyabr 2025-ci ildə saat 01:30 radələrində Yalovanın Çınarcık məhəlləsində 6 mərtəbəli binanın 6-cı mərtəbəsindəki evinin pəncərəsindən yıxılan sənətçi Güllü bütün cəhdlərə baxmayaraq dünyasını dəyişib.
Ölümündən dərhal sonra başlayan istintaqda “Güllü təsadüfən yıxılıb, yoxsa öldürülüb?” sualını ortaya çıxmışdı. İstintaq irəlilədikcə şübhələr xüsusilə Güllünün qızı Tuğyan Ülkem Gülterə yönəlib.
Əldə edilən məlumata görə, anasının ölməsini istədiyini bildirən mesajlar göndərdiyi Tuğyan Ülkem Gülterlə yaxın dostu Bircan Dülger arasındakı söhbətlər istintaq çərçivəsində dəlil olaraq dosyeyə əlavə edilib. Bu mesajlarda ortaya çıxan ifadələr hadisənin gedişatını dəyişməyə qadirdir. Səs yazısında Dülgerin “Açığı, heç bir günahım olmasa da, bu işdə yanacağam. Amma səni sabah prokurorluqda yandıracağam, Tuğyan” dediyi eşidilir.
Digər tərəfdən istintaq dosyesinə daxil olan mesajlarda Tuğyanın Dülgerə “Bacı, sənin geniş şəbəkən var, məni bu qadının əlindən xilas et. Anam ölsün” dediyi ortaya çıxıb. Bu mesajlar araşdırma aparan prokurorluq orqanları tərəfindən diqqətlə araşdırılır.
ATV-nin əldə etdiyi məlumata görə, yeni səs yazılarında Güllünün ölüm günü evdə olan rəfiqələrindən Sultan Nur Ulunun ölkədən qaçmağı planlaşdırdığı aşkarlanıb. Səsyazmada Tuğyan Ülkem Gülterin “Fransaya necə getdiyini anladın, elə deyilmi? Yük maşını ilə, pasportsuz. Fransaya özümüz gedə bilərik, hələ də Gürcüstana getməyə haqqımız var” dediyi eşidilib.
Tuğyan Ülkem Gülterin vəkili bildirib ki, “Yaxın günlərdə lazımi açıqlamanı verəcəyik”. İstintaq davam etsə də, iş materiallarına əlavə edilən yeni dəlillərin və səs yazılarının işin nəticəsinə necə təsir edəcəyi maraq doğurur.
