Günelin ailəsində ağır itki – FOTO backend

Günelin ailəsində ağır itki – FOTO 

  Müğənni Günel Zeynalovanın ailəsində ağır itki üz verib.

Referans xəbər verir ki, sənətçinin əmisi dünyasını dəyişib.

Günel “Ən böyük əmim, Əfi… Mən sənə Əficik deyirdim. Çox gözəl insan idin, səni çox sevirəm. Bu dünyadan əbədiyyətə köçdün. Ölümə inanmayan biri olaraq ən sonda hamımız görüşəcəyik. Əmilərimin hamısı mənim üçün dəyərlidir. Allah geridə qalanlara can sağlığı versin” deyə, paylaşımında yazıb.

Qeyd edək ki, Günelin atası musiqiçi Rəhman Zeynalovdur.(axşam.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki