Hacı Əliyevə vəzifə verildi backend

Hacı Əliyevə vəzifə verildi 

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəcək.

Referans xəbər verir ki, bu barədə AGF-dən məlumat verilib.

İkiqat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu sərbəst güləş üzrə koordinator vəzifəsini yerinə yetirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki