Milan Moda Həftəsi çərçivəsində İtaliyaya gedən Hadisə bu dəfə gecə əyləncəsindəki enerjisi ilə diqqət çəkib.
Referans Media xəbər verir ki, gün ərzində moda nümayişlərini izləyən məşhur müğənni gecə saatlarında keçirilən əyləncəyə qatılıb. Dünyaca məşhur Cennifer Lopez və Haifa Vehbenin də iştirak etdiyi gecədə Hadisənin yüksək enerjisi diqqətdən yayınmayıb.
Milan Moda Həftəsi çərçivəsində sıx proqram keçirən Hadisə gün ərzində müxtəlif moda tədbirlərini izləyib. Defilələrdən sonra müğənni gecə təşkil olunan “after party”yə qatılıb. Tədbirdə moda, musiqi və kino dünyasından bir sıra tanınmış simalar da iştirak edib.
Gecənin diqqətçəkən simalarından biri Hadisə olub. Musiqinin ritminə uyğun rəqs edən müğənni gecə boyunca yüksək enerjisi ilə seçilib. Bəzi anlarda musiqiyə tam köklənən Hadisənin rahat və əyləncəli görüntüləri kameralara əks olunub. Müğənninin gecə boyu enerjisini qoruması tədbirin ən yaddaqalan anlarından biri olub.
