Hadisənin UŞAQ ETİRAFI gündəm oldu

Məşhur müğənni Hadisə İstanbulda konsert zamanı pərəstişkarları ilə səmimi söhbəti edib və şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlama verib. 40 yaşlı sənətçi gələcəkdə uşaq sahibi olmaq istəyi barədə danışaraq illər ərzində bu mövzudakı düşüncələrinin dəyişdiyini bildirib.

Referans Media xəbər verir ki, Hadisə konsert zamanı tamaşaçılarla söhbətində dörd bacı-qardaş olduqlarını xatırladıb.

Müğənni karyerasının ilk illərində ona “Neçə uşaq istəyirsən?” sualı verilərkən çoxuşaqlı ailə arzuladığını deyib. Hadisənin sözlərinə görə, həmin vaxtlar bu suala “6 uşaq” cavabını verirmiş.

Məşhur müğənni illər keçdikcə uşaq sayı ilə bağlı arzusunun dəyişdiyini bildirib. Hadisə səhnədə “Əvvəllər 6 deyirdim, indi 1 deyirəm” ifadəsini işlədib.

Sənətçinin bu səmimi açıqlaması konsert zalında tamaşaçıların da diqqətini çəkib. Hadisə qısa söhbətdən sonra konsert proqramını davam etdirib. Müğənninin ailə və gələcəkdə uşaq sahibi olmaq istəyi ilə bağlı açıqlaması onun şəxsi həyatı barədə səhnədə etdiyi diqqətçəkən etiraflardan biri olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki