Hamı bu fotodan danışır – Məşhur cütlük eşqini elan etdi

Türkiyə maqazin dünyasının diqqət mərkəzində olan cütlüyü – Çağatay Ulusoy və Aslıhan Malbora münasibətlərini ilk dəfə sosial media vasitəsilə ictimaiyyətə açıqlayıb.

Referans Media xəbər verir ki, Aslıhan Malbora şəxsi “Instagram” hesabında Çağatay Ulusoy ilə mənzərə fonunda öpüşdükləri romantik fotonu paylaşıb. Qısa müddət ərzində böyük marağa səbəb olan paylaşım izləyicilər tərəfindən “sevginin rəsmi elanı” kimi qiymətləndirilib.

Cütlüyün yolları 2024-cü ildə yayımlanan Kübra serialının çəkiliş meydançasında kəsişib. Eyni layihədə rol alan aktyorların dostluğu zamanla sevgi münasibətinə çevrilib. Onların birlikdə olması uzun müddətdir maqazin gündəmində müzakirə olunurdu.

Şəxsi həyatını mediadan uzaq saxlamağa üstünlük verən Çağatay Ulusoy bu dəfə ənənəsini pozub. Daha əvvəl Malboranın teatr tamaşasına çiçəklə qatılması və doğum gününü xüsusi şəkildə qeyd etməsi münasibətin ciddiliyinə işarə kimi dəyərləndirilirdi.

Karyerası ərzində Adını Feriha Koydum, Medcezir, İçerde və son olaraq Eşref Rüya kimi uğurlu layihələrdə rol alan aktyorun sosial mediada romantik fotoda yer alması münasibətin yeni mərhələyə keçdiyini göstərir.

Paylaşım sosial şəbəkələrdə geniş rezonans doğurub və pərəstişkarlar tərəfindən böyük maraqla qarşılanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki