"İntuş" kimi tanınan stilist İntizam Yusifov dünyasını dəyişib.
Referans Media Manset.az-a istinadən xəbər verir ki, o, dializ müalicəsi alırmış. Yaxınlarının bildirdiyinə görə, o, bir müddət əvvəl böyrəyindən əməliyyat olunub. Həmçinin, şəkərli diabet xəstəliyi səbəbindən onun görmə qabiliyyətini itirdiyi bildirilir.
İntizam Yusifov Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.
