Şöbə rəisi vəzifəsindən ayrıldı

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) şöbə rəisi vəzifəsindən ayrılıb.

Referans Media  İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İqrar Cəbiyev öz istəyi ilə ADY-nin Xərclərin uçotu və analizi şöbəsinin rəisi vəzifəsindən azad olunub. 

Məlumata görə, o, 2021-ci ildən ADY-də fəaliyyət göstərirmiş. 2022-ci ilədək qurumda Əsas vəsaitlərin və mal-materialların uçotu şöbəsinin rəisi, sonra isə Xərclərin uçotu və analizi şöbəsinin rəisi vəzifəsində çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki