Həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı

 Astarada narkotik tərkibli bitkilər yetişdirən 51 yaşlı şəxs saxlanılıb.

 Referans Media xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidmətindən məlumat verilib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.

Tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı Gündüz Tağıyev saxlanılıb.

Onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 46 ədəd narkotik tərkibli bitki aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki