İstanbulun Beşiktaş rayonunda dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşən Azərbaycan vətəndaşı xilas olunub.
Referans Media xəbər verir ki, təcrübə keçmək üçün Türkiyəyə gələn Allahyar adlı şəxs dənizdə çimərkən təhlükəli vəziyyətə düşüb və huşunu itirib.
Hadisə şahidi olan şəxslər onu sudan çıxararaq sahilə gətiriblər. Tibb işçiləri əraziyə gələnədək ilk yardımı çimərlikdə olan bir tibb bacısı göstərib.
Daha sonra təcili tibbi yardım briqadası Allahyarı Seyrantepədə yerləşən Həmidiyyə Etfal Tədris və Tədqiqat Xəstəxanasına çatdırıb.
KİV-in məlumatına görə, Azərbaycan vətəndaşının vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.
